“10-luq” bizlik deyil
21.04.2011 - 14:47
Bu gün Çinin paytaxtında stend atıcılığı üzrə Dünya Kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakteri daşıyan turnirin ilk günündə hədəf önünə milli komandamızın 3 üzvü - Zemfira və Regina Meftahəddinovalar, eləcə də Nurlana Cəfərova keçib.
Təəssüf ki, son yarışlarda inamsız təsir bağışlayan snayperlərimiz bu dəfə də ümidləri doğrultmayıblar. Skit növündə mübarizə aparan idmançılarımızdan ən yaxşı nəticəni Olimpiya çempionumuz Zemfira Meftahəddinova göstərib. 68 xal toplayan atıcı 11-ci yeri tutub. Ondan 1 xal az toplayan Nurlana 20-ci olub. Regina isə 61 xalla 40 pillədə qərarlaşıb.
Qeyd edək ki, aprelin 28-dək davam edəcək Dünya Kubokunda 4 kişi snayperimiz də lisenziya uğrunda yarışacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0