Çempionat oyunundan sonra 19 yaşlı azarkeş öldürüldü
03.05.2011 - 14:06
Braziliya çempionatında ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, arıların hücumu ilə əlaqədar 20 dəqiqə dayandırılan “Villa Nova” – “Qoyas” oyunu qonaq komandanın azarkeşinin qətlə yetirilməsi ilə nəticələnib. 19 yaşlı adı açıqlanmayan fanat matçdan sonra öldürülüb. Hadisənin təfərrüatı açıqlanmır.
Həmin oyundan sonra daha bir insident olub. Belə ki, “Qoyas”ın futbolçuları ştat çempionatının finala çıxmaqlarını meydanın ortasında qeyd edirdilər. Bu, “Villa Nova”nın futbolçularının xoşuna gəlməyib və iki komandanın oyunçuları arasında kütləvi dava-dalaş başlayıb. Bunu yalnız 15 dəqiqə sonra polisin köməyi ilə dayandırmaq mümkün olub.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0