Rusiyalı qrossmeyster Şəhriyar Məmmədyarova “ilişdi”
04.05.2011 - 14:52
“Boris Gelfand - Şəhriyar Məmmədyarov matçının nəticəsi barədə əvvəlcədən nəsə demək mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı dünya çempionu Nikita Vityuqov deyib.
O, sabah Kazanda başlayacaq dünya şahmat tacı uğrunda iddiaçıların görüşünə münasibət bildirərkən, həmyerlimizin bu yarışda iştirakına istehza ilə yanaşıb: “Gələcəkdə tarixçilər Şəhriyarın bu matçlara düşməsinə təəccüb edəcəklər. Lakin müasir şahmatın qəribəliyi belədir. Sən demə, Kazanda keçirilən turnirə Bakıdan da göndərilmək olar. Yarım ildən artıq oyun təcrübəsinin olmaması isə Məmmədyarovda özünü necə göstərəcəyini seyr etmək maraqlı olacaq”.
Xatırladaq ki, iddiaçıların görüşü əvvəlcə Bakıda keçirilməli idi. Lakin yarışa vəsiqə qazanan erməni Levon Aronyanın ölkəmizə gəlməkdən imtina etməsi səbəbindən FİDE Azərbaycan Şahmat Federasiyası ilə qarşılıqlı razılaşma əsasında turniri paytaxtımızdan alıb, Kazana həvalə etdi. Bu razılaşmada isə yalnız 1 bənd saxlanıldı: ev sahibinin zəka sahibi iddiaçıların görüşündə iştirak edəcək. Məhz bu səbəbdən də Şəhriyar Məmmədyarov Rusiyada keçiriləcək turnirdə iştirak hüququna yiyələndi.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0