Mundialda bu gün də medalsız qaldıq
05.05.2011 - 09:23
Cənubi Koreyanın Gyonqju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında daha 3 çəki üzrə ilkin mərhələnin döyüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın V günü döşəyə çıxan Azərbaycan yığmasının 3 üzvü bu mərhələdəcə mübarizəni dayandırıb.
Düzdür, Fariz Əliyev və Təvəkkül Bayramov ilk qarşılaşmalarında qələbə qazansalar da, bunun davamını gətirə bilməyiblər. Yelena Abbasova isə yarışı startdaca dayandırıb.
Kişilər
63 kq
Fariz Əliyev ilk döyüşündə qayanalı Kenrik Lorrimer üz-üzə gəlib. Milli komandamızın medal ümidlərindən sayılan idmançımız rəqibini döşəyə çıxmağa peşman edib və 12:0 hesabı ilə qələbə qazanıb. Lakin o, növbəti görüşündə bəxtsizliklə üzləşib və kanadalı Joselin Addisona 0:1 hesabı ilə məğlub olub.
87 kq
Təvəkkül Bayramov ilk döyüşündə avstriyalı Deker Xristofla qarşılaşıb. Mübarizəyə inamlı başlayan həmyerlimiz rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Nəticədə 7:6 hesabı ilə qələbə qazanan Bayramov 1/32 finala yüksəlib. Lakin o, bu mərhələdə əvvəlki uğurunu təkrarlaya bilməyib. Fransalı Augustin Bata ilə üz-üzə gələn taekvondoçumuz 2:3 hesabı ilə uduzaraq, yarışı vaxtından əvvəl tərk edib.
Qadınlar
73 kq
Bu çəkidə döşəyə çıxan Yelena Abbasova da uğursuzluqla üzləşib. Polşalı İvona Kosioreklə qüvvəsini sınayan təmsilçimiz ilk mərhələdəcə 5:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundialın ilk 4 günündə Azərbaycan yığmasının heyətində yalnız Ramin Əzizov (80 kq) bürünc medal qazana bilib. 11 taekvondoçumuz isə dünya çempionatını titulsuz başa vurub. Sabah başa çatacaq yarışda Aydın Bəhməlov (+87 kq) və Fəridə Əzizova (+73 kq) mübarizəyə qoşulacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0