Finalçılar məlumdur
10.05.2011 - 08:58
Bakı İdman Sarayında keçirilən boks üzrə “Ən güclülərin seçmə yarışı”nda finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının finalında üz-üzə gələn Şaban Şahpələngovla İlkin Ağayev bu dəfə yarımfinalda qarşılaşıblar. “Erkən final”da gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov 5:3 hesabı ilə qələbə qazanıb. Bununla da Şahpələngov ölkə çempionatındakı məğlubiyyətin əvəzini çıxıb.
64 kq çəki dərəcəsində Heybətulla Hacəliyevlə Romal Amanov arasında da görüş böyük maraq doğururdu. Hər iki idmançı bu il WSB liqasında “Baku Fires” klubunun heyətində bir neçə görüş keçiriblər. 2005-ci ildə dünya çempionatının mükafatçısı olmuş Amanov 2-ci raundda zədələnərək, döyüşü davam etdirə bilməyib.
6 il öncə Amanovla dünya çempionatında medal qazanmış daha bir boksçumuz – Emil Məhərrəmov da finala vəsiqə qazanıb. Milli komandanın kapitanı “Baku Fires” klubunun üzvü Osman Əliyev üzərində 10:7 hesabı ilə qələbə qazanıb. “Böyük İpək Yolu” turnirində rusiyalı dünya və Avropa çempionu Andrey Zamkovoyu məğlub edərək, sensasiyaya imza atmış Emin Əhmədov (69 kq) son Azərbaycan çempionu Sadiq Eynullayevə 2:5 hesabı ilə uduzub.
52 kq
1. Tural Əhmədov - Nurlan Qasımlı - 3:1
2. Cavid Çələbiyev - Elvin Məmişzadə - 2:5
56 kq
3. Rəhim Nəcəfov - Nihat Seyidov - 6:1
4. Şaban Şahpələngov - İlkin Ağayev - 5:3
60 kq
5. Elvin İsayev - Kamran Musayev - 17:1
6. Elşən İsmayılov - İmil İksanov - 2:6
64 kq
7. Nurlan Məmmədov - İsmət Eynullayev - 1:2
8. Heybətulla Hacəliyev – Romal Amanov Amanov zədələndiyindən döyüşü davam etdirə bilməyib
69 kq
9. Osman Əliyev - Emil Məhərrəmov - 7:10
10. Emil Əhmədov - Sadiq Eynullayev - 2:5
75 kq
11. Rahib Bəylərov - Yolçu Zeynalov - 1:1 Qələbə Bəylərova verilib
12. Murad Ağamalıyev - Fərid Ağayev - 3:1
81 kq
13. Vətən Hüseynli - Malik Məmmədzadə - 5:2
14. Ramil Əliyev - Kamran Mehdiyev - 7:2
91 kq
15. Teymur Məmmədov – Rüstəm Şamilov Nokautla Məmmədov qalib gəlib
16. Abdulkadir Abdullayev - Hafiz İsgəndərov - 5:4
91+kq
17. Fərid Paşayev – Fərid Şabanov Nokautla Paşayev qalib gəlib
18. Elçin İsmayılov - Asim İsgəndərov - 0:7
Azərbaycan Boks Federasiyası obyektivliyi təmin etmək üçün Qazaxıstandan neytral hakimlər dəvət edib.
Qeyd edək ki, ölkənin 57 ən güclü boksçusunun mübarizə apardığı yarışa mayın 10-da yekun vurulacaq. Qalib və finalçılar milli komandanın heyətinə daxil ediləcəklər.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0