Yığmanın kapitanı: Belə də təqvim olar?
10.05.2011 - 14:26
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının kapitanı Filip Lam futbol mövsümünün təqvimindən narazıdır. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın müdafiəçisi Bundesliqanın həftəsonu keçiriləcək turundan sonra iyunun 3-ü və 7-dəki seçmə matçlarınadək olan vaxtı itirilmiş sayır.
Lam iyunun 3-də Vyanada Avstriya, 7-də Bakıda yığmamıza qarşılaşmalar ərəfəsində bu görüşlərin həddən artıq gec keçirildiyini açıqlayıb: “Belə də təqvim olar? Həftəsonu ölkə çempionatında son oyunumuzu keçiririk. Bundan sonra növbəti rəsmi matça qədər 3 həftə vaxtımız qalır. Bu boyda müddətdə oyun praktikasının yoxluğu futbolçulara pis təsir edir. Üstəlik, yay məzuniyyətinin də vaxtı qısalır”.
Qeyd edək ki, Almaniya yığması mayın 29-da da 1 oyun keçirəcək. Lakin Uruqvayla matç yoldaşlıq xarakteri daşıyır.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0