6 boksçumuzdan uğurlu başlanğıc
11.05.2011 - 14:17
Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks yarışı başlayıb. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə keçirilən turnirdə 12 ölkənin 141 dəri əlcək ustası mübarizə aparır.
Yarışın ilk günündə Azərbaycan idmançılarından Araz Gülməmmədov, Elnur Şərifzadə, Xəyyam Məmmədov (hər üçü 46 kq), Orxan Əliyev, Mətin İsmayılov (hər ikisi 50 kq) və Telman Qafarlı (60 kq) qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıblar. 13 çəki dərəcəsi üzrə keçirilən yarışa mayın 14-də yekun vurulacaq.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0