Bakıda daha bir lisenziya xarakterli yarış
12.05.2011 - 16:31
Mayın 27-28-də Bakıda Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azərbaycan yığmasının baş məşqçisi Məhərrəm Sultanzadənin apasport.az saytına verdiyi məlumata görə, milli komandamızın liderlərinin qatılacağı turnirə Suriya, İran və İraq yığmaları da qatılacaqlar.
O bildirib ki, Nigeriya atletləri də bu turnirə gəlmək arzusundadırlar. Bunun üçün onların xahişi nəzərə alınıb və dəvət məktubu göndərilib.
Yarışda 120-130 atletin mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, beynəlxalq turnir London-2012-yə lisenziya xarakterlidir. Əgər yarışda müxtəlif növlər üzrə normativi yerinə yetirən atletlər olarsa, onlar Olimpiadaya vəsiqə qazanacaqlar.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0