Mətbuat Azərbaycan yığmasına yeni baş məşqçi gətirdi
16.05.2011 - 17:25
Bolqarıstan mətbuatı ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi “təyin edib”. Apasport.az saytının məlumatına görə, onlar Olimpiya və 5 qat Avropa çempionu Yanko Rusevi yığmamızdan qovaraq, ona yeni əvəzləyici də tapıblar.
Belə ki, bolqarıstanlı həmkarlarımızın yazdıqlarına görə, Rusevin işi Azərbaycan Ağır Atletika Federasiyasını qane etməyib və onunla yollar ayrılıb. Bunun üçün milli komandamız Zlatan Vanevə həvalə ediləcək. Yığmamızda çıxış edəcək Valentin Xristovun şəxsi məşqçisi olan bu mütəxəssislə artıq danışıqlar yekunlaşıb.
Qeyd edək ki, Xristov ölkəmizə Vanevlə birgə gəlmişdi.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0