“Portu”nun baş məşqçisi final oyunundan məyus olub
19.05.2011 - 08:29
“Mən final oyunundan bir az məyus oldum. Çünki komandalar daha yaxşı oynaya bilərdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Portu” klubunun baş məşqçisi Andre Villaş-Boaş deyib. Avroliqanın finalında Portuqaliyanın digər təmsilçisi “Braqa”ya 1:0 hesabı ilə qalib gələn komanda turnirin qalibi oldu. Ancaq Villaş-Boaş daha baxımlı oyun gözləyirmiş: “Əlbəttə, hamı finalın əhəmiyyətini başa düşürdü, ancaq final elə buna görədir. Bununla belə, mükafat qazandığımıza görə böyük sevinc içərisindəyəm. Bu, möhtəşəm mövsümün mükafatı idi. “Braqa” hücumda aqressiv, müdafiədə mütəşəkkil oynadı. Rəqib bizi tər tökərək, çalışmağa məcbur etdi”.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0