Azərbaycana qaçan Olimpiya çempionu ağır cəzaya məruz qala bilər
24.05.2011 - 15:15
Bolqarıstan Ağır Atletika Federasiyası ağır cəzalar tətbiq etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, qurum rəhbərliyini 18 yaşlı perspektivli idmançıları Boyanka Kostovanın vətəni tərk etməsi narahat edir.
Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibinin şəxsi məşqçisi Laçezar Kişkilovla Bakıya qaçdığı iddia edildiyindən atletin hüquqları dayandırıla və yarışlarda iştirakına son qoyula bilər. Səbəb isə idmançının icazəsiz Azərbaycan gəlməsi göstərilir. Bolqarıstanlı həmkarlarımızın yazdıqlarına görə, onlar paytaxtımıza gələrkən nə Bolqarıstan Ağır Atletika Federasiyası prezidenti Nedelço Kolevdən, nə də idman naziri Svilen Neykovla bu barədə məsləhətləşməyiblər.
Bunun üçün də rəhbərlik qətiləşdirib ki, Boyankanın hansısa ölkəni təmsil etməsinə icazə verilməyəcək. Hətta federasiyanın bu məsələ ilə bağlı rəsmi bəyanat yayacağı da gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan yığmasında 7 bolqar atlet var. Əgər Kostova da milliləşdirilərsə, onların sayı artacaq.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0