“Komandamıza Azərbaycanla oyunda qələbə arzulayıram!”
26.05.2011 - 09:28
Tanınmış rusiyalı futbolçu Vladimir Niderqaus Avro-2012-nin seçmə mərhələsində iyununda 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Şaxtyor” klubunun idman direktoru Astanadakı görüşlə bağlı proqnoz verməkdən çəkinib. Ancaq Niderqaus çalışdığı ölkənin yığmasının cari seçmə mərhələdə həsrətində olduğu qələbəni qazanmasını istədiyini gizlətməyib: “Açığı, təkcə mən yox, bütün Qazaxıstan azarkeşləri yığmanın qələbələri üçün darıxıb. Azərbaycanla oyunda uğurlar və komandamıza qələbə arzulamaq istərdim!”.
Qeyd edək ki, “Şaxtyor” Qazaxıstan kubokunun finalçısı kimi Avroliqada bizə potensial rəqibdir.
Qeyd edək ki, “Şaxtyor” Qazaxıstan kubokunun finalçısı kimi Avroliqada bizə potensial rəqibdir.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0