“Xəzər Lənkəran”ın futbolçusu İtaliyaya aparılmayacaq
27.05.2011 - 09:00
Estoniya milli komandasının Avro-2012-nin seçmə mərhələsində İtaliya yığması ilə rəsmi oyuna heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tarmo Ryuytli iyunun 3-də səfərdəki görüşə dəvət göndərdiyi 18 futbolçu arasında çempionatımızın yeganə estoniyalı iştirakçısı Dmitri Kruqlova yer verib. Əvəzində müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan sağ cinah müdafiəçisi Tixon Şişov heyətdən kənarlaşdırılıb. Onların hər 2-si Basklar ölkəsi ilə yoldaşlıq görüşün çağırılmışdı. Tixonun əvəzinə bizlərə yaxşı tanış olan digər müdafiəçi Taavi Ryahna heyətdə yer verilib. O, Kruqlovla “Neftçi”də komanda yoldaşı olub.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0