“Böyük dəbilqə”ni medalsız başa vurduq
30.05.2011 - 09:33
“Böyük dəbilqə”ni medalsız başa vurduq
Rusiyanın paytaxtı Moskvada cüdo üzrə keçirilən “Böyük dəbilqə” yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 5 idmançı ilə qatılan Azərbaycan milli komandası medal qazana bilməyib.

Cüdoçularımızdan ən yaxşı nəticəni Elnur Məmmədili (81 kq) və Kifayət Qasımova (57 kq) göstəriblər. Onlar 5-ci olmaqla London-2012-yə 60 lisenziya xalı qazanıblar.

Digər cüdoçularımız - Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq) və Elxan Rəcəbli (81 kq) “Böyük dəbilqə”də uğursuzluqla üzləşiblər.

Qeyd edək ki, yığmamız yarışdan sonra Rusiyada təlim-məşq toplanışına qatılıb.