Qazaxıstan yığması itirə-itirə hazırlaşır
01.06.2011 - 10:45
Qazaxıstan yığması millimizlə görüş ərəfəsində daha 1 futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, az öncə “Dyusburq”a transfer olunan sol cinah müdafiəçisi Sergey Kərimov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Astanada baş tutacaq qarşılaşmada forma geyinməyəcək. Buna səbəb onun zədələnməsidir.
Sergey bu səbəbdən komandasının Talqerdə baş tutan ilk məşqində də iştirak etməyib. Artıq rəqibimizin baş məşqçisi Miroslav Beranek onun adını sifariş ərizəsindən çıxarıb və Kərimovun əvəzinə yerli “Lokomotiv”dən Aleksandr Kirovu düşərgəyə çağırıb.
Qeyd edək ki, Kərimovdan öncə Sergey Lisenkov, Andrey Karpoviç, David Loriya və Murat Tleşev də zədə səbəbindən komandadan kənarlaşdırılmışdı.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0