Millimiz “Cənub-1”dən dəstək alacaq
01.06.2011 - 12:41
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Astanada keçiriləcək Qazaxıstan - Azərbaycan oyununda millimizin azarkeşlərinə ayrılan yer məlum olub. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyası tərəfindən Azərbaycan millisinin azarkeşləri üçün “Astana Arena”nın Cənub tribunasının 1-ci sektoru ayrılıb. AFFA öz rəsmi saytı vasitəsilə yığmamızın azarkeşlərinə müraciət edərək futbolçularımızı daha effektiv dəstəkləmək üçün biletləri məhz həmin sektora almalarını xahiş edib.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0