Bundestimdə 6-cı itki
01.06.2011 - 16:27
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv Kristian Traşın da xidmətindən məhrum olub. Müdafiəçinin sol topuğunun bağlarında zədə aşkarlanıb. Bu üzdən də futbolçu iyunun 3-də Avstriya, 4 gün sonra Azərbaycanla səfər matçlarında Bundestimə kömək edə bilməyəcək.
Qeyd edək ki, Traşa qədər Bastian Şvaynştayger, Miroslav Kloze, Per Mertezaker, Sven Bender və Marko Reusun da yığmaya kömək etməyəcəyi dəqiqləşmişdi. Sami Hediranın qarşıdkı görüşlərdə oynayıb-oynamayacağı isə hələ də qaranlıq qalır.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0