Milli komandamız Astanaya çarter reysilə yollandı
01.06.2011 - 19:42
Bu gün Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan yığmasının qonağı olacaq millimiz səfərə çarter reysilə çıxıb. Geniş nümayəndə heyəti AZAL şirkətinin təyyarəsi ilə saat 15:15-də Bakıdakı limanından səfərə çıxdı. 2 saat 45 dəqiqəlik uçuş edən təyyarə yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə saat 18:00-da) Astanadakı beynəlxalq hava limanına endi. Nümayəndə heyətini artıq bir neçə gündür Astanada olan AFFA-nın Milli Komandalar Departamentinin rəsmisi İslam Abbasov qarşıladı. Milli komandamız onu hava limanının qarşısında gözləyən təyyarə ilə qalacağı “Rixos President Astana” otelinə yollandı. Nümayəndə heyətində yer alan azərbaycanlı jurnalistlər isə onlar üçün ayrılan “Kinq” otelinə getdi. Astanaya çatdığımız zamanı havanın temperaturu 22 dərəcə idisə, sonradan 2 dərəcə aşağı düşdü.
Qeyd edək ki, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts sabah yerli vaxtla saat 10:00-da qaldıqları oteldə mətbuat konfransı keçirəcək. Saat 18:00-da isə yığmamızın Qazaxıstanla görüşəcəyi “Astana Arena”da açıq məşqi olacaq. Jurnalistlərin futbolçuların fikirlərini öyrənməsi sabaha nəzərdə tutulub. Belə ki, Foqtsun mətbuat konfransı zamanı millimiz bir neçə oyunçusu da media nümayəndələri qarşısına çıxacaq. Futbolçularımızla hələ Bakıda hava limanında, təyyarədə danışmaq istəsək də, almaniyalı mütəxəssis buna icazə vermədi. Yalnız Astanadakı hava limanında bəziləri ilə ayaqüstü qısa söhbətləşə bildik. Foqts futbolçuların sabah mətbuat qarşısına çıxıb, danışmasını daha məqsədəuyğun sayır.
Mehman SÜLEYMANOV, Astana

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0