Kamran Ağayev: Astanaya ancaq qələbə üçün gəlmişik
01.06.2011 - 19:55
“Komandada hansısa problem yoxdur. Astanaya ancaq qələbə üçün gəlmişik”. Bu fikirləri apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.
Milli komandamızın Avro-2012-nin seçmə mərhələsində iyunun 3-də Qazaxıstanla oyununda yalnız qələbə haqda düşünən Ağayev uğur qazanmağın vacibliyini qeyd edib: “Fərqi yoxdur, rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda meydana qələbə üçün çıxıram. Sadəcə, Qazaxıstan bizim səviyyəmizdə olduğu üçün hamı qələbə qazanmağı fikirləşir. Amma mən belə deməzdim. Əsas odur ki, qələbə qazanaq. Başqa heç nə haqda fikirləşmirik. Kimliyindən asılı olmayaraq, Azərbaycan torpağında uduzmayaq. Qazaxıstanı da udmasaq, kimi uda bilərik ki? Bizimlə eyni səviyyədədir”.
Mehman SÜLEYMANOV

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0