Qazaxıstan yığması özünə gəlir
02.06.2011 - 16:52
Avro-2012-nin seçmə mərhələsinin iyunun 3-də baş tutacaq qarşılaşmasında Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığmasının düşərgəsində əhval-ruhiyyə yüksəlib. Apasport.az saytının məlumatına görə, rəqibimizin heyətində zədəli olan futbolçular da artıq komandanın düşərgəsindədir.
Düzdür, Almaniyadakı müalicədən sonra vətənə qayıdan David Loriya yalnız mənəvi dəstək üçün yığmaya qoşulub. Əvəzində dizində xəsarət olan Marat Xayrullin, kiçik problemləri olan Vitali Yevstiqneyev və Ulan Konısbayev də artıq komanda ilə hazırlıq keçir. Bu 3 futbolçu sabahkı qarşılaşmada iştirak edə biləcək.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0