Azərbaycan kubokunun finalçısı sensasiyaya üzüldü
08.06.2011 - 08:47
Avro-2012-nin seçmə mərhələsinin son oyunları sensasiya ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, C qrupunda çıxış edən Estoniya milli komandası gözlənilmədən Farer adalarına məğlub olub. Bu 0:2 hesablı məğlubiyyətdə Azərbaycan Premyer Liqasında çıxış edən Dmitri Kruqlovun da “əməyi” olub. Bakının “İnter” klubunun futbolçusu qarşılaşmada 90 dəqiqə meydanda olub. Azərbaycan kubokunun finalçısı darmadağından güclə qaçıb. Belə ki, farerlilər penalti zərbəsini qaçırıb. İki qol və penaltidən sonra isə estoniyalılar azlıqda da qalıb.
Qeyd edək ki, bu qələbə ada təmsilçisinin cari seçmə mərhələdə ilk qələbəsidir.
Qeyd edək ki, bu qələbə ada təmsilçisinin cari seçmə mərhələdə ilk qələbəsidir.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0