“Millimizin Azərbaycan üzərində qələbəsi bizə əlavə güc verdi”
09.06.2011 - 11:22
“Rumıniya yığması ilə oyundan öncə qələbə bizim üçün əlavə stimul oldu. Komandamızın meneceri Anuar Bidanov bizə məlumat verdi ki, böyük futbolçularımız Azərbaycan yığmasını yendi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan gənclər yığmasının kapitanı Eldos Əhmədov deyib.
Milli komandasının iyunun 3-də Avro-2012-nin seçmə mərhələsində evdə Azərbaycan yığmasına qalib gəlməsinə (2:1) böyük önəm verən müdafiəçi bundan ruhlandıqlarını bildirib: “Millimizin Azərbaycan üzərində qələbəsi bizə əlavə güc verdi. Bu, bizi müsbət yöndə köklədi, qanadlandırdı. Buna görə də oyuna başda düzgün fikirlərlə çıxdıq. Ümumiyyətlə, iyunun 3-ü Qazaxıstan futbolu üçün yetərincə yaxşı alındı”.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0