Boksçumuz Avropa çempionatına qələbə ilə başladı
17.06.2011 - 23:01
Türkiyənin paytaxtı Ankarada boks üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan idmançılarından rinqə öncə 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə çıxıb.
Həmyerlimiz Ukrayna təmsilçisi Denis Kozaruku böyük üstünlüklə məğlub edib. Milli komandamızın üzvü yalnız birinci raundda rəqibə rahat davranmağa imkan verib.
Bununla belə, ilk raund Əlizadənin 9:5 hesablı üstünlüyü ilə başa çatıb. İkinci raundda rəqibi açıq-aşkar geri çəkilməyə məcbur edən boksçumuz hesabı 18:7 edib. Döyüşün sonlarında Kozaruk irəli atılsa da, istəyinə çatmayıb.
Əlizadə 24:9 hesabı ilə qələbə qazanıb. Boksçumuz növbəti döyüşünü italiyalı Aleks Ferramoskanı 1 xal fərqlə məğlub etmiş fransalı Jeremi Bekku ilə qarşılaşacaq.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0