Latviyalının “dərsini verib” çexi gözləyir
19.06.2011 - 12:22
Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında daha bir idmançımız növbəti mərhələyə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev ilk görüşdə Latviyanı təmsil edən Artur Axmedovu məğlub edib.
Boksçumuz yalnız birinci raundda rəqibi qarşısında çətinlik çətib. Bərabər mübarizə şəraitində keçən ilk hissə 5:5 hesabı ilə başa çatıb. İkinci raundda daha inamlı təsir bağışlayan həmyerlimiz rəqibə heç bir şans verməyib. Nəticədə, hakimlər Hacəliyevin 13:8 hesablı qələbəsini qeydə alıblar. 3-cü raundda isə milli komandamızın üzvü rəqibindən bir baş üstün olub. Elə son hesab da bundan xəbər verir – 21:12.
Qeyd edək ki, həmyerlimiz növbəti mərhələdə çexiyalı Zdenek Çladeklə üz-üzə gələcək.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0