Azərbaycan London Olimpiadasına ilk lisenziyanı qazandı
23.06.2011 - 13:57
Belarusun paytaxtı Minskdə keçirilən atletika beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın üzvü Dmitri Marşin çəkicatma yarışlarında 74,04 m nəticə göstərərək, 3-cü yerə sahib olub.
Nəticədə olimpiya normativini yerinə yetirən Maşin 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına ölkəmiz üçün ilk lisenziyanı qazanıb.
Qeyd edək ki, Dmitri Marşin “Ümid” klubunun üzvüdür.
Nəticədə olimpiya normativini yerinə yetirən Maşin 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına ölkəmiz üçün ilk lisenziyanı qazanıb.
Qeyd edək ki, Dmitri Marşin “Ümid” klubunun üzvüdür.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0