“Məmmədovun yaşı az olsa da, yaxşı boksçu sayılır”
24.06.2011 - 10:00
“Mən Türkiyəyə gələrkən yalnız finalda mübarizə aparmağa köklənmişdim. Yarımfinalda rəqibim olan bu ölkənin təmsilçisi Bəhram Müzəffərə qalib gəlməyi çox istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu bolqarıstanlı boksçu Tervel Pulev deyib.
Ankarada keçirilən boks üzrə 91 kq çəki dərəcəsində həlledici görüşdə azərbaycanlı Teymur Məmmədova rəqib olan Pulev döyüşə münasibət bildirib: “Finaldakı rəqibim 2008-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. Teymur yaşı az olsa da, yaxşı boksçu sayılır. Bunun üçün də çempionluq yolunda son görüşdə gərgin mübarizə gözləyirəm. Ümid edirəm ki, qələbəni qazanan biz olacağıq”.
Qeyd edək ki, Pulevlə Məmmədov bu gün döyüşəcəklər.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0