"Bakıda da qızıl medal qazanıb, olimpiya lisenziyasına sahib olmağa çalışacağam"
24.06.2011 - 17:05
“Belik Qalanovla döyüşüm Avropa çempionatında ən çətin görüş oldu. Rusiyalı boksçunun güclü və zəif tərəflərini bilirdim. 3-cü raundda rəqibin üzərimə gəlməsini gözləyərək, əks zərbələr endirdim”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının üzvü Salman Əlizadə deyib.
Ankarada keçirilən Avropa çempionatında bu gün qızıl medal qazanan boksçumuz ölkəmizə belə bir qələbə gətirdiyi üçün sevincli olduğunu bildirib: “Avropa çempionu olduğum üçün çox sevincliyəm. İnşallah, Bakıda keçirilən dünya çempionatında da qızıl medal qazanaraq, Olimpiya oyunlarına lisenziya qazanmağa çalışacam”.
Əlizadə 18 illik həsrətə son qoymasından xəbərdardır: “Bilirdim ki, sonuncu dəfə 1993-cü ildə Rövşən Hüseynov qitə çempionatında 1-ci olub. Bu uğuru təkrar etdiyim üçün çox şadam. Federasiya rəhbərliyinə və məşqçilərimə mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0