Türkiyə yığması leysana düşdü
09.10.2011 - 23:05
Türkiyə yığması leysana düşdü
Avro-2012-nin seçmə mərhələsinin son oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə yığması da görüşün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Qus Hiddinkin yetirmələri oktyabrın 11-dəki görüşə “Kasımpaşa Recep Tayyip Erdoğan Stad”ındakı məşqlə hazırlaşır.

1 saat 20 dəqiqə məşq keçən türkiyəlilər leysanın altında hazırlaşmaq məcburiyyətində qalıb. Məşq zamanı Hiddink Əmrə Bəlözoğlu ilə fərdi söhbət etməsi və müəyyən məsələləri müzakirə etməsi də diqqət çəkib.