Qus Hiddink Arda Turanı Azərbaycanla oyuna görə qorudu
09.10.2011 - 23:10
“Almaniyaya uduzduqdan sonra Azərbaycan yığması ilə görüş bizim üçün daha böyük əhəmiyyət kəsb edir. Əhval-ruhiyyə əladır, hamı özünü bu matça hazırlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının koordinatoru Okan Buruk deyib.
Millisinin sabiq futbolçusu Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 11-də keçiriləcək son oyunu haqda danışaraq Azərbaycanla oyunun vacibliyini qeyd edib: “Biz meydana çıxıb öz qələbəmizi qazanacağıq. Sonra digər matçdan gələn xəbərlə maraqlanacağıq. Azarkeşləri də matça dəvət edirəm. Hər dəfə olduğu kimi bu dəfə də oyunu onlara həsr edəcəyik”.
Okan bildirib ki, yığmanın liderləri Arda və Əmrə də bu matç üçün qorunur: “Əmrə Bəlözoğlunun Almaniya ilə oyunda oynamaması, Arda Turanın əvəzlənməsi Qus Hiddinkin qərarı ilə bağlı idi. O, zədəsini tam sağaltmamış Əmrənin sağlığı ilə risk etmək istəmədi. Azərbaycanla oyunda isə həm o, həm də arda oynayacaq. Ardanın ötən matç sarı vərəqə alması və ya zədələnməməsi üçün tez əvəzlədik ki, Azərbaycanla həlledici əhəmiyyət kəsb edən matçda komandaya kömək etsin”.

0
0