Milli komandamız üçün 23-cü Olimpiya lisenziyası
10.10.2011 - 08:37
Milli komandamız üçün 23-cü Olimpiya lisenziyası
Azərbaycan milli komandası 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına 23-cü lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura atletimiz Layeş Abdullayeva imza atıb.

O, Gürcüstanda keçirilən beynəlxalq turnirdə 3000 m məsafəyə qaçışda final xəttinə birinci çataraq, Olimpiya normativini yerinə yetirib. Bununla da efiopiyalı legioner atletika yığmamıza Olimpiadaya ikinci vəsiqəni qazandırıb.

Qeyd edək ki, Abdullayevadan öncə atletika idman növündə Dmitri Marşin (çəkicatma) lisenziyaya sahib olmuşdu.