Foqts Türkiyə ilə oyuna start heyəti müəyyənləşdirdi
11.10.2011 - 14:38
Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsinə Türkiyə yığması ilə bugünkü səfər oyununda start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Kamran Ağayev, Rəşad Sadıqov, Vladimir Levin, Mahir Şükürov, Ufuk Budak, Ruslan Abışov, Vurğun Hüseynov, Aleksandr Çertoqanov, Əfran İsmayılov, Vüqar Nadirov və Branimir Subaşiçi ilk dəqiqələrdən meydana buraxacaq. Foqts Avstriyaya evdə 1:4 hesabı ilə uduzduğumuz oyunla müqayisədə 5 dəyişiklik edib. Belə ki, kənarda qalan Saşa Yunisoğlu,Elnur Allahverdiyev, Vaqif Cavadov, Rauf Əliyev, Rəşad Sadiqovu Şükürov, Levin, Çertoqanov, Nadirov, Subaşiç əvəzləyib.
Yığmamız meydana 4-5-1 taktiki sxemlə çıxacaq. Levin Sadıqovla birgə müdafiənin mərkəzində duet təşkil edəcək. Cəzası bitən Mahir yenidən müdafiənin sağ, Ufuk sol cinahında yer alacaq. Hüseynov, Abışov, Çertoqanov yarımmüdafiənin mərkəzində oynayacaq. Nadirov yarımmüdafiənin sol, İsmayılov sağ cinahında qərarlaşacaq. Yeganə hücumçumuz Subaşiç olacaq.

0
0