Hamit Altıntop təşəkkür etdi
12.10.2011 - 00:11
Hamit Altıntop təşəkkür etdi
“Çox sevinirik ki, pley-off mərhələsinə qələbə ilə yüksəldik. Hədəfimiz Avro-2012-dir. Buna doğru ilk addımı Azərbaycanla oyunda atdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının futbolçusu Hamit Altıntop deyib.

O, Avro-2012-nin seçmə mərhələsinin Azərbaycanla son oyunundakı 1:0 hesablı qələbəsindən sonra Belçikanı 3:1 məğlub edən Almaniyaya təşəkkür edib: “İkinci addımımız isə pley-offu keçməklə atacağıq. Buna nail olduğumuz üçün Almaniyaya da təşəkkür edirik. Qrupda onlarla bacarmaq mümkün deyildi. Bu da son turda işimizə yaradı”.