Oyunun antiqəhrəmanı oldu, yığmadan getdi
12.10.2011 - 13:14
Oyunun antiqəhrəmanı oldu, yığmadan getdi
Nemanya Vidiç Serbiya yığmasındakı karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in 29 yaşlı kapitanı bir daha milli komandasında çıxış etməyəcəyini açıqlayıb. Serbiyalılar Avro-2012-in seçmə mərhələsində son oyununda səfərdə Sloveniya yığmasına uduzmaqla (0:1), pley-off mərhələsinə vəsiqə qazana bilmədi. Nemanya isə görüşün 64-cü dəqiqəsində hesabda geridə olduqları zamanı penalti zərbəsini dəqiq vura bilməməklə, antiqəhrəman oldu: “Zərbəni pis vurduğuma görə özüm günahkaram. Əgər qol vursaydım, matç tamam başqa cür ola bilərdi. Ancaq biz indi olduğumuz yerdəyik. Milli komandamızdakı nəsil dəyişikliyi olmalıdır. Vaxt gəlib və mən Serbiya yığması ilə vidalaşıram”.

Yığmada 56 oyun qol vuran müdafiəçi ilə yanaşı, İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Deyan Stankoviç də yığma karyerasını bitirdiyini açıqlayıb. Millinin 33 yaşlı kapitanı 102 oyun keçirib.