Portuqaliya püşkdən narazı qaldı
13.10.2011 - 16:31
Portuqaliya püşkdən narazı qaldı
Portuqaliya millisi Avro-2012-yə düşmək uğrunda pley-off mərhələsinin bu gün keçirilən püşkünün nəticəsindən razı qalmayıb. Apasport.az saytının məlumatına görə, yığmanın idman direktoru Karluş Qodinyo Bosniya və Herseqovina ilə düşmək istəmədiklərini bildirib.

O, meydança amilini də qabardıb: “Bosniya oynamaq istədiyimiz rəqib deyildi. Ancaq istənilən halda, Avropa çempionatına düşmək uğrunda mübarizə aparmalıyıq. Biz qitə birinciliyinə düşməyə borcluyuq. Bosniyalılarla dünya çempionatının pley-off mərhələsinin oyunlarından fərqli bu dəfə rəqib qarşısında üstünlük qazanmışıq. Bu da 2-ci oyunu evdə keçirməyimizlə bağlıdır. Düzdür, ilk oyun asan olmayacaq. Çünki Sarayevodakı meydança bataqlığa bənzəyir”.