“Seltik”in sabiq baş məşqçisi millimizlə görüşdən imtina etdi
14.10.2011 - 09:20
“Seltik”in sabiq baş məşqçisi millimizlə görüşdən imtina etdi
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan Şimali İrlandiya yığması yeni baş məşqçi tapa bilmir. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis Martin O’Nil rəqibimizi çalışdırmaqdan imtina edib. Britaniyada “Seltik”, “Lester”, “Aston Villa”da uğurlu işi ilə tanınan məşqçi yaxın vaxtda yenidən hansı kluba rəhbərlik etmək istədiyini bildirib.

Şimali İrlandiya yığması baş məşqçi postu Avro-2012-in seçmə mərhələsi bitəndən sonra Naycel Uortinqtonun istefası nəticəsində boş qalıb. Bu vəzifəyə namizədlər İrlandiyanın “Şemrok Rovers” klubunun baş məşqçisi Maykl O’Nil, habelə Cim Meqilton, İan Doui, Ceyms Kuinn və Kolin Klarkdır.