100 milyon avro maaşdan imtina etdi
05.09.2025 - 00:10

"Barselona"nın hücumçusu Robert Levandovski komandanı tərk etmək niyyətində deyil.
Apasport.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib.
Yarımada təmsilçiləri Levandovskiyə illik 100 milyon avro maaş təklif ediblər.
Lakin polşalı forvard bu təklifi rədd edib. O, Avropada qalmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.
0
0