120 ilə 120 ağac - “DİFAİ”DƏN MARAQLI AKSİYA - FOTO
25.02.2026 - 17:54
“Difai” Futbol Klubu yeni aksiyaya start verib.
Apasport.az xəbər verir ki, Ağsu təmsilçisi “Difai” təşkilatının yaranmasının 120-ci ildönümü ilə əlaqədar 120 ağac əkəcək.
İlk ağac bu gün Ağsu şəhər stadionunda əkilib. Aksiyada klub prezidenti Asəf Məlikov, 2-ci Qarabağ müharibəsi iştirakçısı Neman Bağırov, fanklub rəhbəri Hüseyn Hüseynzadə, komandanın texniki heyəti və futbolçular iştirak ediblər.
İlk əkilən bitki alma ağacı olub. Ağacların ölkənin müxtəlif ərazilərində əkilməsi nəzərdə tutulub. “Difai” klubu futbolsevərləri aksiyaya qoşulmağa dəvət edib.
0
0