Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında
01.05.2026 - 14:20
Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında

Qurban Qurbanovun tərəfindən əvəzedici heyətə göndərilən "Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.

Apasport.az xəbər verir ki, hər iki oyunçu XXIV turda keçirilən "Qarabağ-2" - "Zirə-2" matçında fərqləniblər.

Görüş "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov daxili nizam-intizam qaydalarını pozduqları üçün əsas komandadan uzaqlaşdırılıblar.