"Abşeron Lions" yarımfinala yüksəldi
17.04.2026 - 15:44
"Abşeron Lions" yarımfinala yüksəldi

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, komanda 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.