AÇ: Millimiz növbəti matçına çıxacaq
11.10.2025 - 09:57
AÇ: Millimiz növbəti matçına çıxacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, IX qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)