Adil Şükürov rəsmən "Sumqayıt"da
02.07.2026 - 11:18
Adil Şükürov rəsmən "Sumqayıt"da

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat baş tutub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu vəzifəni Adil Şükürov icra edəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.