AFFA bölgə klubunun rəsmisini 6 ay futboldan uzaqlaşdırıb
01.10.2025 - 15:31
AFFA bölgə klubunun rəsmisini 6 ay futboldan uzaqlaşdırıb

II Liqada çıxış edən “Şəki Siti” komandasının rəsmisi Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə cəza alıb.