AFFA-da məşqçilər üçün seminar keçirilib
01.11.2025 - 13:21
AFFA-da məşqçilər üçün seminar keçirilib

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqasının və I Liqa klublarının məşqçiləri üçün fitnes üzrə seminar təşkil olunub.

Apasport.az xəbər verir ki, tədbirə UEFA-dan dəvət olunan Fritz Şmid və AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov rəhbərlik ediblər.

Sonda məşqçilərə AFFA tərəfindən diplomlar təqdim olunub.