
AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (Karvan-Yevlax FK, İmişli FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- "Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- “Şamaxı” 56-cı böyükhesablı qələbəsini qazanıb