“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev cəzalandırılıb.
Apasport.az xəbər verir ki, mütəxəssis 4 matçda komandasına kömək edə bilməyəcək.
Qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 51.2).
Qeyd edək ki, görüş tovuzluların qələbəsi ilə nəticələnib - 1:0.