AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
03.04.2026 - 13:33
AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb

AFFA-nın XXXIV Hesabat Konfransı keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə qurumun tərkibində fəaliyyət göstərən federasiya və üzvlərə ayrılan büdcələr açıqlanıb.

Sıralamada ilk yer Azərbaycan Futzal Federasiyasına məxsusdur. Qurum AFFA-dan ötən il ərzində 1 milyon 631 min 458 manat vəsait alıb.

Digər federasiyalara ayrılan vəsaitlər isə belədir:

Futbolun İnkişaf Fondu – 384 min manat

Regional Futbol Federasiyaları – 208 min manat

Uşaq və Gənclər Futbol Federasiyası – 180 min manat

Çimərlik Futbolu Federasiyası – 138 min manat

Azərbaycan Əlillər Futbolu Federasiyası – 86 min manat

Sahə Futbol Federasiyası – 60 min manat

Bakı FF – 45 min manat

İctimai Futbol Təşkilatları – 39 min 600 manat

Tələbə Futbol Federasiyası – 35 min manat

Isgəndər Cavadov adına Akademiya – 18 min manat