AFFA rəsmisi “Bavariya”nın oyununa təyinat alıb
08.11.2025 - 11:32
AFFA rəsmisi “Bavariya”nın oyununa təyinat alıb

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.