AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.
K.Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.
Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.
Qeyd edək ki, K.Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
- Azərbaycan çempionatının püşkü atılacaq
- Ağasəlim Mircavadov: “Qarabağ”ın sayəsində onları canlı izləyəcəyik" - Açıqlama
- "Neftçi" endirim etdi: "Sumqayıt"la matçın biletləri satışda
- Sadiq Baqıyev: "Mənim əsas məqsədim millidə oynamaqdır" - Müsahibə
- PFL-dən təqdirəlayiq addım: I və II liqalarda da "Ayın qolu" seçiləcək