AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
13.01.2025 - 16:30
![AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb](https://ww3.apasport.az/storage/news/2025/january/13/big/6785082f06c816785082f06c8217367716316785082f06c7f6785082f06c80.jpeg)
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
0
0