AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
20.03.2026 - 12:21
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.

Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.